Tramp eyham etdi: “Hazır ol, mən bunu yenə edəcəm”

Sadə xəbər
SİYASƏT 05.11.2022 1099

ABŞ-ın 45-ci prezidenti Donald Tramp Ağ Evə qayıdacağına eyham vurub.

Siyasətçi bu il aralıq seçkilərdə Respublikaçılar Partiyasının qalib gələcəyinə inanır.

Məlumatlara görə, seçicilərin yüksək inflyasiya qorxusu demokratların seçkilərdə qələbə ümidini sarsıdıb, Co Baydenin reytinqi isə 50%-dən aşağı düşüb. Eyni zamanda müxalifət partiyaları da aralıq seçkilərdə tarixi nəticələr gözləyirlər.

Sorğular göstərir ki, respublikaçılar ABŞ Nümayəndələr Palatasına və ola bilsin ki, Senata nəzarəti ələ keçirə bilər. Bu da onlara növbəti iki il ərzində Baydenin təşəbbüslərini əngəlləməyə imkan verəcək.

“İndi isə ölkəmizi uğurlu, təhlükəsiz və şanlı etmək üçün mən bunu çox, çox, çox güman ki, yenidən edəcəm. Hazır ol, tezliklə”, - deyə Tramp qeyd edib.

Trampın 2024-cü ildə namizədliyini irəli sürəcəyi bildirilir. Eyni zamanda siyasətçi fikir ayrılıqları yaradan fiqur olaraq qalır.

Mənbə: UNİAN

XƏBƏR LENTİ
12.05.2025 2228

DİGƏR XƏBƏRLƏR

Loading
Top