Vüqar Bayramov: “Ərzaq məhsulları üçün daha aşağı faizli ƏDV tətbiqi vacibdir” - FOTO

İQTİSADİYYAT 01.10.2022 2128

“Əlavə dəyər vergisinin (ƏDV) tətbiqi müzakirə edilən məsələlərdəndir. Biz ƏDV tətbiqi zamanı diferensial dərəcələrə üstünlük verilməsini təklif edirik. Xüsusilə də strateji əhəmiyyət daşıyan məhsullar və ərzaq məhsulları üçün daha aşağı faizli ƏDV tətbiqi məqsədəuyğun olardı”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Ərzaq məhsullarının bahalaşmanı önləmək və qiymətləri azaltmaq üçün ƏDV ləğv olunmalıdır” fikrinə münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, ƏDV-nin faizinin aşağı salınması qiymətlərin optimallaşdırılması baxımından bazara təsir göstərə bilər:

“Bu, vacib addımlardandır. Fərqli sektorların inkişafı üçün diferensial əlavə dəyər vergisinin tətbiqi məqsədəuyğundur, çünki bu həmin sektorlarda xərcin azalmasına və  onların təşviq edilməsinə imkan yarada bilər. O baxımdan biz də ƏDV üzrə faiz dərəcələrini sektorlardan, məhsul növündən asılı olaraq diferensial tətbiq edilməsini təklif edirik. Bu şəkildə tətbiq həm istehlak bazarında qiymətlərin optimallaşdırılması, həm də qeyri-neft sektorunun stimullaşdırılması baxımından önəmlidir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top