ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb

SİYASƏT 01.10.2022 1232

ABŞ Rusiyaya qarşı onlarla fiziki və hüquqi şəxsin adının daxil olduğu yeni sanksiyalar paketini təqdim edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ-ın sanksiyaları əsasən Rusiya Dövlət Dumasının və Federasiya Şurasının onlarla deputatına qarşıdır.

Dünyanın ilk qadın kosmonavtı, Dövlət Dumasının deputatı Valentina Tereşkova da ABŞ-ın sanksiyaları altına düşən şəxslər arasındadır.

Yenilənmiş sanksiyalar siyahısına Rusiyanın müdafiə naziri Sergey Şoyqunun həyat yoldaşı və qızları, baş nazir Mixail Mişustinin ailə üzvləri, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin və Moskva meri Sergey Sobyaninin qızı da daxildir.

Bildirilib ki, yeni sanksiyalar Rusiyanın müdafiə və texnologiya sektoruna da şamil edilir.

Maliyyə Nazirliyi həmçinin, Rusiya ordusunun tədarük zəncirlərini dəstəklədiyinə görə, 14 beynəlxalq şirkətə qarşı da sanksiya tətbiq edir.

Mənbə: NTV

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top