Marsda bir neçə ton Yer mənşəli tullantı tapıldı

HADİSƏ 27.09.2022 1170

Marsda 7,2 min kq Yer mənşəli tullantı tapılıb.

Tapıntını Qərbi Virciniya Universitetinin əməkdaşı Kaqri Kiliç qeydə alıb.

O, Marsa göndərilən bütün aparatların kütləsini təhlil edib. İşlək olmayan avadanlıqları, qeyri-aktiv kosmik gəmiləri və planetə düşən orbital aparatları tullantılar siyahısına daxil edib.

Mütəxəssislər ehtiyat edirlər ki, kosmik aparatların qalıqları NASA-nın “Perseverance” roveri tərəfindən toplanmış nümunələri çirkləndirə bilər. Çünki “Perseverance” roveri həmçinin qeyd olunan tullantıların da şəklini göndərir. Məsələn, eniş zamanı kosmik gəmini ekstremal temperaturdan qorumaq üçün termal yorğanın şəklini göndərib ki, bu da real nümunələri korlayır.

Kiliç bildirib ki, bu aparatların əksəriyyəti hələ də xarab olmayıb. Eyni zamanda kosmik agentliklər onları tullantı kimi yox, tarixi abidə kimi də səciyyələndirir.

Mənbə: Gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top