Zəhra atasının şəklini qucaqlaylb heç ayrılmır-Jalə Əliyeva

CƏMİYYƏT 15.09.2022 2323

Saat24.Az xəbər verir ki,bu sözləri Millət vəkili, Ailə, Qadın və Uşaq məsələləri komitəsinin Sədr müavini, professor Jalə Əliyeva  müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:


Dünən kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu doğulub boya başa çatdığı doğma Zərdab rayonunun Gəndəbil kəndində torpağa tapşırıldı. Geriyə 29 illik şərəfli ömür yolu, böyük qəhrəmanlıq dastanı qaldı... Bir də təbii bu igidi dünyaya bəxş edən kədərli, amna qürurlu ata və anası, cəmi 22 yaşlı ömür gün yoldaşı, iki ciyərparası - 3 və 1 yaşlı Zəhra ilə Zeynəb, onu çox sevən əzizləri, yaxınları, el oba, Vətən qaldı! Uğrunda, uğrumuzda canından keçdiyi, şəhid olduğu Vətən! Zəhra atasının şəklini qucaqlaylb heç ayrılmır... Zeynəb isə hələ heç bir şey dərk etmir. Amma hər ikisi bütün ömürləri boyu başı dik, alnı açıq gəzəcək! Qəhrəman bir atanın övladı olmağın qürurunu bir ömür daşıyacaqlar! Nur içində yat Fərid balamız! Övladların bizə, Vətənə əmanətdir!






XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top