Deputat və icra başçısı ali məktəblərə qəbul olmuş tələbələrlə görüşüb - FOTO

SİYASƏT 08.09.2022 1424

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy rayonunun 96 saylı seçki dairəsini əhatə edən ümumtəhsil məktəbləri üzrə ali məktəbə daxil olan məzunlarla, onların müəllim və valideynləri ilə görüşüb.

Saat24.Az xəbər verir ki, tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Goranboy şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə məzunları və onların müəllimlərini, valideynlərini təbrik edən deputat və icra başçısı Ümummilli Liderimiz tərəfindən əsası qoyulan müasir Azərbaycan təhsilinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirildiyini diqqətə çatdırdılar. Bildirildi ki, cari ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında,  700 şagird yerlik  Goranboy şəhər 1 nömrəli tam orta məktəbi istifadəyə verilmiş, hazırda 960 şagird yerlik Dəliməmmədli  şəhər tam orta məktəbinin tikintisi, Qaraçinar və Tap kənd tam orta məktəblərinin əsaslı təmiri işləri başa çatdırılır.

Tədbirdə tələbə adını  qazanmış 29 məzun və 1-ci sinfə qədəm qoyan 2 şəhid övladına qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edildi.
 






XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top