Goranboyda baş verən qəzada ölənin şəxsiyyəti məlum olub - YENİLƏNİB

HADİSƏ 05.09.2022 1454

Goranboy rayonunun Zeyvə kəndində baş verən ağır yol qəzasında ölən və xəsarət alan bir nəfərin şəxsiyyəti məlum olub.

Saat24.Az-ın Qərb bürosunun məlumatına görə, avtomobilin aşması nəticəsində 1938-ci il təvəllüdlü Nuridə Elyasova vəfat edib, 1950-ci il təvəllüdlü Səyalı Mustafayeva və daha 2 nəfər xəarət alıb.

23:58, 4 sentyabr

Goranboy rayonunda ağır yol qəzası baş verib.

Saat24.Az-ın Qərb bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top