Çində faciə: Toy fotosessiyasında bəyi ildırım vurdu - FOTO

Sadə xəbər
DÜNYA 30.08.2022 1134

Çində toy fotosessiyasında faciə yaşanıb. Belə ki, bəyi ildırım vurub.

Hadisə ölkənin Yunnan əyalətinin yerli sakinlər arasında məşhur mənzərəli ərazisində baş verib.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, bəyi xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İldırım vuran zaman onun yanında olan insanlar xəsarət almayıb.

Fotosessiyanı izləyən turist hər şeyin çox tez baş verdiyini, toya gələn qonaqların əvvəlcə bəyin yerdə huşsuz vəziyyətdə yatdığının fərqinə belə varmadıqlarını bildirib.

 




Mənbə: Gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top