Vladimir Putin Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

GÜNDƏM 25.08.2022 1793

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik ünvanlayıb.

AZƏRTAC-ın məlumatına görə təbrik mətnində deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Əminəm ki, bir çox istiqamətlər üzrə ikitərəfli konstruktiv əlaqələr, xalqlarımızın dostluğu bundan sonra da möhkəmlənəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və uğurlar arzulayıram. Səmimi salamlarımı İlham Heydər oğluna və bütün ailənizə çatdırmağınızı xahiş edirəm.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top