Qazaxıstan Prezidenti: “Bizdə Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal etməyə ehtiyac var”

GÜNDƏM 24.08.2022 1629

“Bu gün biz dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın nəqliyyat-logistika sahəsinin inkişafı barədə çox ətraflı söhbət etdik. Demək olar ki, müfəssəl danışıq, hökumətlərimizə müvafiq tapşırıqlar verdik. Əsla şübhə yoxdur ki, bu istiqamətdə konkret nəticələr əldə ediləcək. Hər halda Qazaxıstan tərəfindən əməkdaşlığın bu növünün inkişafına mütləq mənada maraq var”.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

Kənd təsərrüfatı sahəsini xüsusi qeyd edən Qazaxıstan Prezidenti diqqətə çatdırıb ki, burada iki ölkə bir-birini qarşılıqlı tamamlayır. “Bilirsiniz ki, Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, bizdə Azərbaycandan kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var. Ümumiyyətlə, bir sıra qazaxıstanlı istehsalçılar Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdırlar. Buna görə biz həmin əmtəə dövriyyəsinin logistikasını təmin etməliyik və bu, ölkələrimizin hökumətlərinin vəzifəsidir. Bu gün bu barədə razılığa gəldik”, - deyə Prezident Tokayev vurğulayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top