Göyçay rayon MKS-nin 3 saylı Arvan kitabxana filialında Nuranə Nurla görüş keçirilib-Foto

GÜNDƏM 24.08.2022 2087

Saat24.Az xəbər verir ki,23 avqust 2022-ci il tarixində Agdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon MKS-nin 3 saylı Arvan kitabxana filialında şair, publisist, aparıcı ssenarist, Mədəniyyət kanalının "Ədəbi dram" redaksiyasının redaktoru Nuranə Nurla görüş keçirilib.Tədbirdə Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı kafedrasının baş müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Firəngiz Nəsirova, Filologiya elmləri üzrə fəlsəfə doktoru, Milli Mədəniyyətin təbliği ictimai birliyinin sədri Jalə Cəfərova, Təbii Mədəniyyət sahəsi üzrə yazar və televiziyaçı Vasif Ayan, rəssam Ehtiram Kərimov, rejissor, ssenarist Əhliman Qafarov, 6 saylı məktəbin dil-ədəbiyyat müəllimi Aynur Əliyeva, 5 saylı məktəbin direktoru Vüqar Məlikov, 7 saylı məktəbin dərs-hissə müdiri Aqil Kəngərli, kitabxananın oxucuları və başqaları iştirak ediblər. Kitabxananın müdiri Mehriban Məmmədova çıxış edərək tədbir iştirakçılarına Nuranə Nurun həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra şair Nuranə Nur çıxış edərək öz şeirlərindən söyləyib və yaradıcılığından bəhs edib. Tədbir iştirakçılarından kitabxanaçı Mətanət Məhərrəmova, dil-ədəbiyyat müəllimi Aynur Əliyeva, rejissor, ssenarist Əhliman Qafarov şairin şeirlərindən söyləyiblər. Qonaqlardan Firəngiz Nəsirova, Jalə Cəfərova Arvan kitabxanası barədə, keçirilən tədbir və Nuranə Nurun yaradıcılığı haqda öz ürək sözlərini söyləybilər. Rəssam Ehtiram Kərimov öz əl işi olan rəsm əsərini Nuranə xanıma təqdim edib. Sonra qonaqlardan Firəngiz Nəsirova, Jalə Cəfərova, Nuranə Nur öz kitablarını, rəssam Ehtiram Kərimov isə özünün əl işi olan "Topçu Vüsal" rəsm əsərini Arvan kitabxanasına hədiyyə ediblər. Tədbirin sonunda qonaqlardan şair Qalib Nuri, Çərəkə kənd icra nümayəndəliyinin əməkdaşı Elvin Ömərov və başqaları şairə gül dəstələri təqdim ediblər. Tədbirin sonunda qonaqlar kitabxananın rəy kitabına rəylərini yazıblar.

Coşqun Abdullayev





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top