Göyçay rayon Tarix-Diyarşünaslıq muzeyində ”Nəğməkar şair’’adlı dəyirmi masa təşkil edilmişdir-Foto

Sadə xəbər
CƏMİYYƏT 22.08.2022 1434
Saat24.Az xəbər verir ki,Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Tarix-Diyarşünaslıq muzeyində 22 avqust 2022-ci il tarixdə Göyçaylı şair İsgəndər Coşqunun 95 illik yubleyi ilə əlaqədar şairin şəxsi əşyalarından, fotolarından, kitablarından ibarət sərgi yaradılmış, eyni zamanda ”Nəğməkar şair’’adlı dəyirmi masa təşkil edilmişdir. İlk öncə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra muzeyin direktoru Gülçin Babayeva şairin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Muzeyin Baş elmi işçisi Humay Zülfüqarova şairin yaradıcılığından söhbət açaraq, onun vətən haqqında “Olaydım” və “Arazım “ şeirlərini səsləndirmişdir. Muzeyin əməkdaşı Səadət Həsənova isə şairin sözlərinə bəstələnmiş mahnılardan söhbət açmış, onun nəğməkar şair kimi yaddaşlarda qalacağını söyləmişdir.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top