Bolqarıstanda rekord inflyasiya qeydə alındı

Sadə xəbər
DÜNYA 17.08.2022 1058

Bolqarıstanda illik inflyasiya rekord həddə - 17,3%-ə çatıb.

Bolqarıstanın Milli Statistika İnstitutu ölkədə rekord inflyasiya səviyyəsini açıqlayıb.

Bildirilib ki, iyun ayı ilə müqayisədə iyulda ən çox qiymət artımı əyləncə və mədəniyyət qrupunda (+ 7,4%) qeydə alınıb, mənzil, su, işıq, qaz və digər yanacağın qiymətləri 5,2 faiz bahalaşıb.

Həmçinin şokolad məhsulları və sitrus meyvələri 4,1 faiz, kəsmik 3,1 faiz, pendir 2,9 faiz, şəkər və digər ərzaq məhsulları 2,6 faiz bahalaşıb.

Eyni zamanda geyim və ayaqqabı (2%), nəqliyyat (1,7%), ərzaq və alkoqolsuz içkilər (0,1%) ucuzlaşıb.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top