Polşa XİN rusiyalılara viza verilməməsi üçün konsepsiya hazırlayır

DÜNYA 15.08.2022 1202

Polşa Xarici İşlər Nazirliyi rusiyalılara vizaların verilməməsi üçün xüsusi konsepsiya hazırlayır.

Bu barədə Polşanın xarici işlər nazirinin müavini Pyotr Vavjik məlumat verib.

Onun sözlərinə görə, Polşa Rusiya vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasının tərəfdarıdır.

Bununla belə, o, Aİ ölkələrinin heç də hamısının bununla razılaşmadığını etiraf edib. Nazir müavini qeyd edib ki,  Almaniya, Fransa və Niderland da daxil olmaqla, Aİ-yə üzv dövlətlər buna qarşı çıxır.

Xatırladaq ki, avqustun 18-dən etibarən Estoniya artıq Şengen vizası olan rusiyalıları da ölkəyə buraxmayacaq.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top