Yanacaqdoldurmadan çıxan minik maşını avtobusla toqquşdu - Ölən və yaralanan var

HADİSƏ 07.08.2022 1049

Bu gün saat 08:20 radələrində Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, daşıyıcı “BMH” MMC-nin açıqlamasına əsasən, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində, minik maşınında olan bir nəfər ölüb, bir nəfər isə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top