İnsanlıq tarixinin ən dəhşətli faciəsindən 77 il keçir - FOTO

GÜNDƏM 06.08.2022 1092

Xirosima və Naqasakinin atom bombardmanı – bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunədir. Dünyada ilk dəfə atom bombasının atıldığı Yaponiyanın Xirosima şəhərində baş verən faciənin üzərindən 77 il keçir.

Oxu.Az xəbər verir ki, İkinci dünya müharibəsinin sonlarında Sakit okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilib. Atom bombası böyük partlayışlara və onminlərlə insanın ölümünə səbəb olub.

1945-ci il 6 avqust tarixində ekipaj rəhbəri polkovnik Pol Tibbetsin anasının şərəfinə adlanan “Enola Gay” B-29 bombardman təyyarəsi “Balaca oğlan” adlı atom bombasını Yaponiyanın Xirosima şəhərinə atıb.

“Balaca oğlan” bombası 13-18 kiloton trotilə bərabər idi. 9 avqust 1945-ci il tarixində 21 kiloton trotilə ekvivalent olan “Gonbul” adlanan atom bombası “Bockscar” B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atılıb.

Təyyarənin komandiri pilot Çarlz Suini idi. Xirosimada 90-166 min, Naqasakidə isə 60-80 min arası insanın həlak olduğu bildirilib.

 







XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top