Zərdab rayonunda 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili gününə həsr olunan tədbir keçirilib-Foto

SİYASƏT 02.08.2022 1755

“Ulu Öndər Heydər Əliyevin öz ana dilinə sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər hər bir soydaşımız üçün əbədi bir örnəkdir”
Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili gününə həsr olunan tədbir keçirilib.
Saat24.Az-ın məlumatına görə,01 avqust 2022-ci il tarixdə “Ulu Öndər Heydər Əliyevin öz ana dilinə sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər hər bir soydaşımız üçün əbədi bir örnəkdir” mövzusunda keçirilən tədbirdə Dilin olduqca böyük təsir gücünə malik ünsiyyət vasitəsi olduğunu deyən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov ana dilimizin keçdiyi inkişaf yolu və göstərilən dövlət qayğısından bəhs edib. O, dilimizin tarixin müxtəlif dövrlərində ərəb-fars dillərinin təsirinə məruz qalması, sovet hakimiyyəti dövründə tariximizə, eləcə də dilimizə qarşı yeridilən yadlaşdırma siyasətindən söz açıb.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Azərbaycan dilinin qorunmasında, eləcə də inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayaraq bildirib ki, bu siyasətin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər, qəbul etdiyi qərarlar doğma ana dilinin bugünkü inkişaf səviyyəsinə çatmasında olduqca mühüm əhəmiyyətə malikdir.
Tədbirdə Zərdab rayon 1 saylı məktəb-liseyin şagirdi Ayan Rəhimli isə tədbirdə “Ümummilli Liderin tərəfindən əsası qoyulan ana dili siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Azərbaycan dilini dövlət dili elan edən 27 iyun 1918-ci il tarixli qərarının milli dil siyasətinin formalaşmasının əsası olduğu qeyd edilib.
Zərdab rayon Yarməmmədbağı kənd tam orta məktəbin şagirdi Gülnur Tapdıqova “Ulu Öndər Heydər Əliyevin öz ana dilinə sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər hər bir soydaşımız üçün əbədi bir örnəkdir” başlıqlı məruzəsində bildirib ki, dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə yüksəlməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsası kimi həmişə diqqət mərkəzində saxlayıb, 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olub.
Tədbirdə rayon ümumtəhsil məktəblərinin şagirdlərinin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan dilinin xalq danışıq dili kimi keçdiyi zəngin inkişaf tarixinə nəzər salınıb, müxtəlif dövr səyyahlarının ana dilimiz haqqında fikirləri təhlil olunub, aparılan tədqiqatların uğurlu nəticələri diqqətə çatdırılıb. Tədbirin sonunda maraq doğuran məsələlər müzakirə olunub.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top