Ceyms Bond avtomobilləri hərraca çıxarılacaq

DÜNYA 31.07.2022 1515

Supercasus Ceyms Bond haqqında ilk filmin nümayişinin 60 illiyi münasibətilə məşhur kinoeposun filmlərinin çəkilişlərində istifadə olunan avtomobillər hərraca çıxarılacaq.

Sentyabrın 15-dən oktyabrın 5-dək keçiriləcək hərracda kaskadyor səhnələrinin çəkilişində yer alan avtomobillər də daxil olmaqla 60 lotun satışı planlaşdırılır.

Xüsusilə, seriya nömrəsi 007 olan “Land Rover Defender 110”un ən azı 360 min dollara satılması planlaşdırılır. Eyni zamanda, hərrac zamanı onun qiymətinin 650 min dollaradək arta biləcəyi gözlənilir.

Mənbə: gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top