Zərdab rayon Heydər Əliyev Mərkəzində könüllü gənclər üçün mühazirə təşkil olunub-Foto

SİYASƏT 30.07.2022 1387

 

Zərdab rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevə həsr olunan müxtəlif formatlı silsilə tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və şagird, tələbə gənclərə ötürülməsi diqqət mərkəzində saxlanılır.
Saat24.Az-ın məlumatına görə ,Vətənə, xalqa və dövlətə layiq vətənpərvər gənclərin yetişdirilməsi və dahi şəxsiyyət Heydər Əliyevin irsinin araşdırılması məqsədilə 27.07.2022-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin müxtəlif dövrlərində fəaliyyətinin milli prinsipləri” mövzusunda Mərkəzi ilə daim əməkdaşlıq edən könüllü gənclər üçün mühazirə təşkil olunub.
Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrün çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən olduğunu xüsusi vurğulayıb. Daha sonra Könül xanım dövlətçilik ənənələrimizin bərpasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb. Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb.
Könül xanım mühazirəsində Azərbaycançılıq ideologiyasının tarixi, əhəmiyyəti və Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən geniş bəhs edib.




 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top