Çinin avtomobil istehsalçısı yanmaq təhlükəsi olan 53 min avtomobili geri çağırır

DÜNYA 30.07.2022 1224

Çin avtomobil istehsalçısı BYD təxminən 53 000 avtomobilini akkumulyatorun nasazlığı səbəbindən geri çağıracaq.

İstehsal qüsurları batareya korpusu ilə əlaqədardır ki, bu da suyun sızmasına və qısaqapanmaya səbəb ola bilər. Bu da öz növbəsində yanğın yarada bilər. Təkcə son altı ayda ən azı altı BYD avtomobilinin yandığını əks etdirən videolar peyda olub.

Bu avtomobillər bazara 2021-ci ilin aprelində çıxıb və Çində təxminən 200 min yuan dəyərindədir.

Mənbə: Gazeta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top