Jalə Əliyeva Vətən müharibəsi qazisi Hacı Orucovu müalicə olunduğu Respublika Travmatologiya və Ortopediya İnstitutunda ziyarət edib-FOTO

SİYASƏT 27.07.2022 1802

 

Saat24.Az-ın məlumatına görə Millət vəkili, Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva  Vətən müharibəsi qazisi Hacı Orucovu müalicə olunduğu Respublika Travmatologiya və Ortopediya İnstitutunda ziyarət edib, xəstənin vəziyyəti və ehtiyacları ilə maraqlanıb. İnstitutun direktoru Əlviz Qasımov, elmi işlər üzrə direktor müavini Fərhad Verdiyev, ictimaiyyətlə əlaqələr rəhbəri Günay Quluzadə millət vəkilinə xəstənin diaqnozu və aparılan müalicə haqqında təfsilatlı məlumat veriblər. Eyni zamanda xəstənin hazırki vəziyyətinin qənaətbəxş olduğunu, aldığı fizioterapevtik prosedurların müsbət təsir göstərdiyini və istər hazırki vəziyyətində, istərsə də bundan sonra qazimizin artıq əlil əsasına ehtiyacı olmadığını millət vəkilinin diqqətinə çatdırıblar. Jalə Əliyeva Hacı Orucovla eyni palatada müalicə alan qazi Əmiyev Fərid Ənvər oğluna da baş çəkib, onun xəstəliyi və müalicəsi ilə maraqlanıb. Hər iki qazimiz onlara göstərilən diqqət və qayğıya görə başda dövlət başçısı cənab İlham Əliyev olmaqla, əlaqədar hər kəsə minnətdarlıqlarını bildiriblər. Deputat Jalə Əliyeva İnstitutun rəhbərliyinə və bütün tibbi personala müalucə alan xəstələrə göstərdikləri yüksək xudmətə və yaradılan şəraitə görə təşəkkür edib, onlara şərəfli peşələrində daim uğur, qəhrəman qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top