Bakıda 82 yaşlı qadın binadan yıxıldı

HADİSƏ 26.07.2022 1290

Bakıda qadın ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb.

APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında qeydə alınıb.

1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlıqdan yıxılıb. Qadın ağır xəsarətlər alıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top