Ağ Evdən COVID-ə yoluxmuş Baydenin səhhəti barədə açıqlama

DÜNYA 25.07.2022 1204

Koronavirusa yoluxan ABŞ Prezidenti Co Baydenin vəziyyəti yaxşıdır.

Bu barədə bazar günü Ağ Evin COVID-19-un yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca məlumat verib.

“Mən dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Dünən (şənbə) prezidentin böyük bir iş günü var idi, özünü yaxşı hiss edirdi”, - A. Ca ABC televiziyasına müsahibəsində deyib.

Ağ Ev koordinatoru ABŞ liderinin iki dəfə peyvənd olunduğunu da xatırladıb. Bundan əlavə, Bayden iki dəfə gücləndirici doza alıb.

Qeyd edək ki, ABŞ prezidentinə koronavirus diaqnozu qoyulması faktı iyulun 21-də məlum olub.

Mənbə: profile.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top