“Hyundai” miqrant uşaqların əməyindən istifadə etməkdə günahlandırıldı

DÜNYA 25.07.2022 1180

“Hyundai” miqrant uşaqların əməyindən istifadə etməkdə ittiham olunub.

“Reuters” jurnalistləri öz materiallarında ABŞ-dakı “SMART Alabama” zavodunun keçmiş və indiki işçilərinin ifadələrinə istinad ediblər. Bu zavod şirkətin “Elantra”, “Sonata” və “Santa Fe” modelləri üçün ehtiyat hissələri istehsal edir.

Azyaşlıların fabrikdə ABŞ qanunlarına zidd çalışdığı, zavodun məktəbdən yayınmağa məcbur olan miqrant uşaqları işə cəlb etdiyi iddia edilir.

“Hyundai” heç bir bölməsində qeyri-qanuni məşğulluq təcrübələrinə dözməyəcəyini bəyan edib. Lakin “Reuters”in iddialarını şərh etməyib.

Alabama Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: motor.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top