Yunanıstanda istirahət edən Samirə Efendidən tətil paylaşımı - FOTO/VİDEO

CƏMİYYƏT 20.07.2022 1224

Yunanıstanda istirahətdə olan “Avroviziya” təmsilçimiz Samirə Efendi tətildən görüntülərini sosial şəbəkədə paylaşıb.

Oxu.Az xəbər verir ki, müğənni istirahət üçün Yunanıstanın məşhur tətil bölgəsi Mikonosa yollanıb.

“Gün işığı, kristal kimi təmiz mavi su, heyrətamiz yeməklər və füsunkar tarixi birləşdirən yer. Mikonos, sən məni özünə aşiq etdin”, - deyə S.Efendi paylaşımında qeyd edib.

Qeyd edək ki, ifaçı “Avroviziya-2020” mahnı müsabiqəsində Azərbaycanı “Cleopatra” mahnısı ilə təmsil edəcəkdi, lakin yarış koronavirus pandemiyası səbəbindən ləğv edildi. Buna baxmayaraq, o, “Avroviziya-2021” mahnı müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Bu dəfə “Mata Hari” mahnısı ilə Azərbaycanı təmsil edərək 20-ci yerə layiq görüldü.

Sözügedən paylaşımı təqdim edirik:





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top