Ukraynanın Rusiyanın nəzarətində olan yaşayış məntəqələrinin sayı açıqlandı

DÜNYA 20.07.2022 1334

Bu günə kimi ukraynalı müdafiəçilər Ukraynanın mindən çox şəhər və kəndini rus işğalçılarından azad ediblər. Qarşıda 2500-dən çox kiçik kənd və qəsəbənin azad edilməsi dayanır.

Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

Müdafiə naziri vurğulayıb ki, ərazilərin işğaldan azad edilməsinin sürəti Ukraynanın yeni silahları əldə etmə tempindən asılıdır.

Onun fikrincə, Rusiya yalnız döyüş meydanında sarsıdıcı zərbə aldıqdan sonra danışıqlar masasına əyləşəcək və Ukrayna ilə ciddi söhbət edəcək.

Mənbə: unian.net

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top