Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib-Foto

GÜNDƏM 15.07.2022 1983

Saat24.Az xəbər verir ki,İyulun 15-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Yevlax şəhəri S. Əliyev adına 1 nömrəli tam orta məktəbdə keçirilən test imtahanı mərhələsində iştirakı nəzərdə tutulan 84 nəfər namizəddən 77 nəfər iştirak edib.
İmtahan zamanı namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim edilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov keçirilən imtahanın gedişini izləyib.
Test imtahanı mərhələsində iştirak etmiş bütün namizədlərə uğurlar arzulayırıq!
 

Coşqun Abdullayev






XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top