10 yaşlı “ASAN xidmət”

GÜNDƏM 13.07.2022 1239

Bu gün “ASAN xidmət”in 10 yaşı tamam olur. 

Oxu.Az xəbər verir ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.

“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumdur.

“ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Qeyd edək ki, “ASAN xidmət” ölkədə vətəndəş məmnunluğunun təmin edilməsində xüsusi əhəmiyyət daşıyır. Belə ki, burada bir çox dövlət qurumunun müxtəlif sahələri əhatə edən xidmətləri operativ şəkildə vətəndaşlara təklif edilir. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top