Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü

HADİSƏ 24.06.2022 1285

Bakıda Türkiyə səfirliyinə məxsus avtomobilin iştirakı ilə yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu, Albert Aqarunov küçəsində qeydə alınıb.

Türkiyə səfirliyinə məxsus KİA markalı, 001-D-030 dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxan “Honda Insight” markalı taksini vurub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Əraziyə polis əməkdaşları gəliblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top