Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonla danışıb - YENİLƏNİB

SİYASƏT 18.06.2022 1925

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər, ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı, müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.

20:42

İyunun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

"Report" bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Nazirlər bu il fevralın 22-də imzalanmış Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında sazişin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Bir sıra regional və beynəlxalq mövzularda, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi üzrə fikir mübadiləsi aparılıb. 9/10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli ən yüksək səviyyədə üçtərəfli sazişlər çərçivəsində Rusiyanın vasitəçilik rolunun vacibliyi vurğulanıb.

Sergey Lavrovun bu il iyunun 23-24-də Bakıya gözlənilən işgüzar səfəri zamanı bu məsələlərin əsaslı müzakirəsinin davam etdirilməsi razılaşdırılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top