Bakı yollarında son vəziyyət: Haralarda sıxlıq var?

Sadə xəbər
SİYASƏT 17.06.2022 1141

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında son vəziyyəti açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər;

2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” dairəsinə qədər - əsas və kənar yolda;

3. Rövşən Cəfərov küçəsində - “20 Yanvar” dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində;

4. Binəqədi şosesində - mərkəz - “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində;

6. Əsəd Əhmədov küçəsində, Dadaş Bünyadzadə küçəsi ilə kəsişmədən A.Şərifzadə küçəsi ilə kəsişməyədək Zərdabi prospekti istiqamətində;

7. Heydər Əliyev prospektində - “Koroğlu” metro stansiyasının qarşısından 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısına qədər kənar yolda;

8. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

9. Gülarə Qədirbəyova küçəsində, Heydər Əliyev Mərkəzinin yanından Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top