Əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlə

SİYASƏT 16.06.2022 1868
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış “Milli Qurtuluş Günü”ndə Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyənnaməsinin 1 ili tamam olur. Tarixi qardaşlıq telləri ilə bir-birinə sıx bağlı olan iki dövlət arasında imzalanmış bu Bəyənnamə olduqca böyük tarixi əhəmiyyətə malikdir. Vətən müharibəsi başladığı gündən etibarən qardaş Türkiyə Respublikasının Azərbaycanın haqq davasında hər zaman yanında olduğunu bəyan etməsi əslində düşmənlə yanaşı, bütün dünyaya açıq mesaj idi. Məhz Vətən müharibəsində əldə edilən şanlı qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi ordumuzun rəşadəti və xalqımızın birliyi ilə yanaşı, dost və qardaş Türkiyənin hərtərəfli dəstəyinin də çox böyük rolu olmuşdur. Postmüharibə dövründə də Azərbaycan və Türkiyə dövlətləri arasında mövcud əlaqələr daha da inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur. İki dövlət arasında imzalanmış Şuşa Bəyənnaməsi qarşılıqlı münasibətlərin strateji müttəfiqlik və qardaşlıq səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynadı. Şuşa Bəyənnaməsi iki dövlət arasında hərbi, iqtisadi-ticari və digər istiqamətlərdə əməkdaşlığını daha da inkişaf etməsinə təkan verəcəkdir. Hazırda qardaş Türkiyə Respublikası ilə mövcud olan münasibətlər bütün sahələri əhatə etməkdədir. Xüsusilə Qarabağ torpaqlarının işğaldan azad edilməsində öz mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövləti işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında da yaxından iştirak etməkdədir. “Böyük Qayıdış”ın reallığa çevrilməsi istiqamətində Azərbaycan dövləti hazırda çox böyük miqyaslı layihələr həyata keçirməkdədir. Sevindirici haldır ki, bu layihələrin icra edilməsində Türkiyə Respublikasının şirkətləri də yaxından iştirak edir. Hazırda işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulmasında, hava limanlarının və yeni tunellərin tikilməsində, həmçinin “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icasında türk şirkətləri aparıcı rol oynamaqdadır. Bu əməkdaşlıq nəticəsində sürətlə həyata keçirilən layihələr bizə deməyə əsas verir ki, tezliklə Azərbaycan xalqının ən böyük arzusu olan əzəli torpaqlarımıza “Böyük Qayıdış” reallığa çevriləcəkdir. Qeyd etməliyik ki, Şuşa Bəyənnaməsində xüsusilə qədim türk torpağı olan Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulanmışdır ki, bu da öz növbəsində tarixi gerçəkliyin və gələcək hədəflərin müəyyən edilməsində olduqca əhəmiyyətlidir. Zəngəzur dəhlizinin açılması iki dövlət arasında tranzit nəqliyyat potensialının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır. Bununla yanaşı Bəyənnamədə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da artırılması məqsədilə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili məsələləri də öz əksini tapmışdır. Beləliklə 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış və bölgənin geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişə bilmiş Şuşa Bəyənnaməsi Azərbaycan və Türkiyə dövlətlərinin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyənnamə Azərbaycan və Türkiyə Respublikaları arasında dostluq və qardaşlıqla yanaşı bütün sahələrdə inteqrasının nümunəsi və ən əsası isə region üçün yeni bir tarixi gerçəklik deməkdir. İnanırıq ki, ölkələrimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri dönməz və əbədi olacaqdır.
Rəşad Rəhmanov – Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top