Şəkidə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - VİDEO

HADİSƏ 31.05.2022 1035

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Şəki şəhəri, M.F.Axundov prospektində bir nəfərin çayda batma təhlükəsi ilə üz-üzə qaldığı barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Səlimov Adil Əmirəhməd oğlu hündürlüyü təxminən üç metr olan körpüdən çay dərəsinə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top