Rusiya hərbçiləri “Z” işarəli avtomobillərdən taksi kimi istifadə edirlər

DÜNYA 26.05.2022 1618

İşğal altında olan Melitopoldakı rusiyalılar “Z” hərfi ilə işarələnmiş avtomobillərində taksi sürməyə başlayıblar.

Bu barədə “Zaporojye OVA” məlumat verib.

Bundan əlavə, qeyd olunur ki, Melitopolda rusiyalılar xüsusən də Rusiya hərbi texnikasının yerdəyişməsi ilə əlaqədar mobil rabitəni kəsiblər: Şəhərdəki əsas prospekt ilə böyük hərbi texnika karvanı Xerson istiqamətinə doğru hərəkət edib. Həmçinin işğalçılar şəhərdə əlavə nəzarət-buraxılış məntəqəsi qurublar: məntəqəyə pulemyotçular, hərbi maşınlar yerləşdirib və avtomobilləri seçmə qaydada yoxlayırlar.

Krım istiqamətində isə 15 taxıldaşıyan maşın şəhəri tərk edib.

Mənbə: Ukrainskaya pravda

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top