28 may 2022-ci il tarixində Ağdaş şəhərində Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şuşa, sən azadsan” adlı ümumrayon tədbiri keçiriləcəkdir

SİYASƏT 25.05.2022 2466
Saat 17:00-da başlanacaq tədbirdə rayonda fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşlarının, “Şahinlər” komandalarının, rayon idmançılarının və qazilərin iştirakı ilə yürüşün keçirilməsi nəzərdə tutulmuşdur.
24 may 2022-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzinin qarşısında yürüşün məşq prosesi baş tutub. Tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov işçi qrupunun üzvləri ilə görüşüb, hazırlıq prosesi ilə tanış olub və zəruri tövsiyyə və tapşırıqlarını verib. Sonra idarə və təşkilatların əməkdaşlarının, “Şahinlər” komandalarının, rayon idmançılarının və qazilərin iştirakı ilə yürüş keçirilib.
28 may tarixində baş tutacaq yürüşdən sonra saat 18:00-dan etibarən Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin qarşısında “Kəndirbazlar”ın nümunəvi çıxışları, “Üçlük” abidəsinin ətrafında musiqi məktəbinin Xor kollektivinin, muğam üçlüyünün və ansamblının ifasında musiqi nömrələrinin təqdimatı, Heydər Parkının girəcək hissəsində Ucar rayonu “Zopu Zopu” və Ağdaş rayonu “Teşti” folklor kollektivlərinin çıxışları, Mərkəzi kitabxana, Tarix-Diyarşünaslıq Muzeyi, rayon Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyi və Ağdaş Dövlət Rəsm Qalereyasının təqdimatında “Şuşa ili”nə həsr olunmuş sərgilər, Milli mətbəx və Xalçaçılıq nümunələri, eyni zamanda tamaşa nümayiş etdiriləcəkdir.
Daha sonra saat 19:00-dan etibarən Heydər Parkında tanınmış müğənni Aydın Saninin solo konsert proqramı təqdim olunacaq və sonda atəşfəşanlıq həyata keçiriləcək.



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top