Müharibə davam edərsə, “Avroviziya 2023” harada keçiriləcək? - FOTO

GÜNDƏM 17.05.2022 1645

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Naziri Aleksandr Tkaçenko “Avroviziya 2023” mahnı müsabiqəsinin Ukraynadan kənarda keçirilməsi ehtimalını təkzib edib.

“Müsabiqə Ukraynada olacaq. Artıq kimsə deməyə başlayır: “Gəlin ehtiyat meydanlar axtaraq. Xeyr, bu 100 faizdir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, müsabiqənin Ukraynanın hansı ərazisində keçirilə biləcəyi məsələsi yaxın vaxtlarda müzakirə olunacaq.

Xatırladaq ki, mayın 15-nə keçən gecə Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə Turində (İtaliya) keçirilən “Avroviziya 2022” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi olub. Beləliklə, Ukrayna gələn il müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edib.

Qeyd edək ki, “The Guardian” Ukraynanın “Avroviziya 2022”də qələbəsindən sonra Böyük Britaniyanın hələ də müharibə vəziyyətini nəzərə alaraq gələn il şouya ev sahibliyi etmək fürsətinə ümid etdiyini xəbər vermişdi.

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top