Tbilisidə azərbaycanlılara hüquqi yardımla bağlı yeni mərkəz yaradıldı - VİDEO

CƏMİYYƏT 16.05.2022 1624

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qanun” adlı hüquqi yardım mərkəzi fəaliyyətə başlayıb. 

Media nümayəndələri qarşısında çıxış edən mərkəzin təsisçisi, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının rəhbəri və Qafqaz Beynəlxalq Universitetinin doktorantı Əli Bədirov mərkəzin gələcək fəaliyyəti barədə məlumat verib. 

O qeyd edib ki, 2021-ci ildə sözügedən mərkəz dövlət qeydiyyatından keçib və bu gündən geniş fəaliyyətə başlayır. Mərkəzdə bir neçə istiqamət üzrə soydaşlarımıza təmənnasız xidmətlər göstəriləcək. “Qanun”da Gürcüstanda tanınmış vəkillər - mülki işlər üzrə Natia Rexviaşvili və Zaur Əskərov, cinayət işləri üzrə Levan Tsaluğelaşvili, ümumi hüquq üzrə Əli Bədirov hüquqi yardımlar göstərəcək. 

Mərkəzin təsisçisi qeyd edib ki, hüquqi yardım mərkəzi olaraq bir sıra donorlara müraciət olunsa da, ilk olaraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihəyə müsbət cavab verib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top