Ermənistanda saxlanılan Azərbaycan əsilli şəxs yoxdur - RƏSMİ

GÜNDƏM 05.05.2022 1163

“Birinci Qarabağ münaqişəsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanda baş çəkdiyi məntəqələrdə Azərbaycan əsilli saxlanılan şəxs yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, hazırda Birinci Qarabağ müharibəsi zamanı saxlanılan şəxs yoxdur:

“2020-ci ildə baş verən münaqişə zəminində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr davam edir”.

BQXK nümayəndəsi qeyd edib ki, həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfində 90-cı illərdən itkin düşən şəxslərin sağ qalmaları və qarşı tərəfdə saxlanılması ilə bağlı iddialar var:

“Hər iki tərəfdə rəsmi şəkildə bəyan edib ki, onlarda 90-ci illərdə saxlanılan şəxslər yoxdur”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top