NASA: “Lütfən, meteorit daşlarının fotolarını bizə göndərməyin!” - FOTO/VİDEO

CƏMİYYƏT 05.05.2022 1419

Alov şarının Amerikanın üç cənub ştatı üzərində səmada parlayıb keçməsindən bir neçə gün sonra NASA alimləri Missisipi ərazisində aşkar olunan parçaların meteoritə aid olduğunu təsdiqləyiblər.

Bu barədə CBS teleradio şirkətinin xəbər portalı məlumat verib.

NASA bildirib ki, parlaq meteor və ya bolid Luiziana-Missisipi sərhədi yaxınlığında səmada partladığı zaman 60 min km/saat sürətlə hərəkət edib (əvvəllər 90 min km/saat deyilirdi). Arkanzas, Luiziana və Missisipidə onlarla insan çərşənbə günü səhər saat 8 radələrində yüksək səslər eşitdikdən sonra səmada meteor gördüklərini deyiblər.

NASA-nın hesablamalarına görə, alov topunun parçalanması nəticəsində üç ton trotil ekvivalentində enerji xaric olub. Bununla belə alov topu heç kimə xəsarət və ya maddi ziyan vurmayıb, onun uçuş trayektoriyası əsasən Missisipi çayına paralel olub.

NASA həmçinin birbaşa əhatə dairəsinə daxil olmadığı üçün gələcəkdə meteoritlərlə bağlı hər hansı kəşf işlərini nəzərdən keçirməyəcəyini bildirib və bu məsələ ilə maraqlanan ictimaiyyəti Sent-Luisdəki Vaşinqton Universiteti tərəfindən idarə olunan meteorit veb-saytına yönəldib.

“Biz kosmik tullantıların yığımı ilə məşğul olmuruq, əsas məqsədimiz kosmik gəmiləri və astronavtları meteoritlərdən qorumaqdır. Lütfən, bu daşların fotolarını bizə göndərməyin!”, – deyə əlavə edib.

NASA həmçinin bildirib ki, əgər təsdiq olunarsa, bu, Missisipidə qeydə alınan beşinci meteorit parçası olacaq. Digər parçalar 1854, 1910, 1922 və 2012-ci illərdə tapılıb.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top