Flora Kərimova arxiv görüntüləri barədə: “Çirkin uşaqlığım olubsa, bu, mənim günahım deyil” - VİDEO

CƏMİYYƏT 04.05.2022 1551

Xalq artisti Flora Kərimova 14 yaşında çəkilmiş arxiv videosuna gələn mənfi rəyləri cavabsız qoymayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Xalq artisti sosial media hesabında paylaşım edib.

“Məcburən İkinci Dünya müharibəsinə qatılan və savaşdan 300 mindən çox itki ilə çıxmış, tükənmiş bir məmləkətin övladı idim. 14 yaşım olardı, bəlkə bir qədər çox. Anam əynimdəki çit donu əlləri ilə tikmişdi. Kimsə də üzərimə sari dolamışdı. İndiyə kimi səbəbini də bilmirəm. Mənim üçün o an o səhnədə olmaqdan daha ali bir hiss ola bilməzdi. Rəşid Behbudov, Şövkət Ələkbərova kimi nəhənglər ilə səhnənin arxasında növbəmi gözləyirdim. Tək elə bu mənə yetirdi ki, həyəcandan heç nə düşünə bilməyim.

Əlbəttə ki, indiki gəncliyə hər şey asan başa gəlir. Əldə olunan o asanlıq nəyin bahasına oldu? Arada vicdanınızı silkələyin! Heç vaxt keçmişimdən utanmamışam, çünki deyəcəyim hər sözü belə düşünüb danışıram. O ki, qala uşaqlığımdan... Çirkin uşaqlığım olubsa, bu, mənim günahım deyil. Ezop demiş: “Şikayətiniz mənədir, yoxsa yaradanıma?!”

Sözügedən paylaşımı təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top