Çempionlar Liqası: “Liverpul” “come back”lə ilk finalçı oldu - YENİLƏNİB + VİDEO

GÜNDƏM 04.05.2022 1405

UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edib.

 

Qonaqlar iki top fərqi ilə geri düşdükləri matçda “come back” etməyi bacarıblar. 

İlk hissəni Dia və Koqelinin qolları ilə öndə bitirən “sarı sualtı qayıq” ikinci hissədə sualara “qərq olub”.

Fabinyo, Diaz, ardınca isə Manenin qolları ilə “come back” edən “Liverpul” finala adlayan ilk komanda olub.

00:35

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edir.

Qonaqlar iki top fərqi ilə geri düşdükləri matçda “come back” etməyi bacarıblar. 

Fabinyo və Diazdan sonra Mane də fərqlənib. Seneqallı oyunçu 74-cü dəqiqədə adını tabloya yazdırıb. 

00:28

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edir.

Matçda hesab bərabərləşib. 

Qonaqlar 62-ci dəqiqədə Fabinyo, 67-ci dəqiqədə isə Luis Diazın qolları ilə matçda bərabərliyi təmin edib. 

23:48

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edir.

Matçda ikinci qol vurulub. Meydan sahiblərinin heyətində Koqelin ikinci dəfə qonaqları məyus edib. O, 41-ci dəqiqədə fərqlənib. 

23:12

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edir.

Artıq matçda hesab açılıb. Meydan sahibləri Dianın 3-cü dəqiqədə vurduğu erkən qolla hesabda önə keçiblər. 

09:04

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edəcək.

“Estadio de la Keramika” stadionundakı qarşılaşmada ispaniyalılar minimum iki top fərqli qələbə qazanıb, matçı uzatma vaxta aparmağa çalışacaq.

UEFA Çempionlar Liqası

1/2 final (cavab oyunu)

3 may

23:00 “Vilyareal” (İspaniya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal. “Estadio de la Keramika” stadionu

İlk oyun - 0:2

Oynamayacaqlar: Alberto Moreno, Yeremi Pino (hər ikisi “Vilyareal”)

Oynaması sual altında olanlar: Raul Albiol, Fransis Koklen, Arnaut Danyuma, Jerar Moreno (hamısı “Vilyareal”), Roberto Firmino, Divok Oriqi (hər ikisi “Liverpul”)

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top