“İşıqlandırılan” Qarabağ, Zəngilana qayıdış - RƏY

GÜNDƏM 30.04.2022 2048

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətində problem mövcud deyil. Sülhməramlıların olduğu ərazidə vəziyyət stabildir.

Oxu.Az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. Bu fikirdən irəli çıxan nəticəyə əsaslanaraq deyə bilərik ki: 

Sülhməramlıların Qarabağı tərk etməsini Azərbaycan daha erkən istəyə bilər

Ölkə başçısının sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda ermənilərin məskunlaşdığı ərazilər vasitəsilə Kəlbəcərə yüklərin daşınmasında köməklik edir. Çünki Ömər aşırımı vasitəsilə Kəlbəcərə lazımi yükləri aparmaq müəyyən çətinliklər yaradır. Həmçinin Azərbaycan tərəfinə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Laçın dəhlizi vasitəsilə yüklərin daşınmasına imkan yaradılır. Bu proses Kəlbəcərə 12 km uzunluğunda olan tunelin tikintisinədək davam edəcək.

Prezident bir daha bəyan edib ki, sülhməramlılarının burada olması onların Azərbaycan ərazisində daim olacağı anlamına gəlməməlidir. O, ölkə əhalisinin müəyyən hissəsinin bu barədə təşvişini nəzərə alaraq bildirib ki, Üçtərəfli Bəyannamənin müddəasına əsasən, Azərbaycan tərəflərdən biri kimi 2025-ci ildə Rusiya sülhməramlılarını burada görmək istəmədiyinə dair fikrini bildirə bilər. Belə ki, Azərbaycan tərəfi artıq 2025-ci ilin iyunun 10-dan etibarən bu barədə fikrini açıq şəkildə bildirmək hüququna malikdir. Belə bir qərarın veriləcəyi təqdirdə, 2025-ci ilin noyabrın 10-dan sonra Rusiya sülhməramlılarının burada qalması mümkün deyil.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top