Cüdo millimizə yeni baş məşqçi təyin olundu – YENİLƏNİB + FOTO

GÜNDƏM 30.04.2022 1493

Mətbuatda yeniyetmə cüdoçulardan ibarət yığmanın sabiq məşqçisi Göygöl Olimpiya İdman Kompleksində baş verən xoşagəlməz hadisə ilə əlaqədar olaraq işdən ayrıldığına dair çıxan xəbərlər həqiqətə uyğun deyildir.

Bu barədə Cüdo Federasiyasından açıqlama verilib.

Bildirilib ki, baş məşqçi Federasiya ilə qarşılıqlı razılaşma əsasında tutduğu vəzifədən ayrılıb.

“Sözügedən vəzifəyə Rüstəm Alimli təyin edilib. Onu da nəzərinizə çatdıraq ki, Göygöldə özünü pis hiss edən idmançılar 15 yaşa qədər idmançılardır. Ramiz Ramizzadə isə 15 yaşdan yuxarı, 18 yaşa qədər cüdoçulardan ibarət milli yığmanın, yəni U-18 yığmasının baş məşqçisi olub. Onun Göygöldəki hadisə ilə bağlı işdən azad edilməsi bu baxımdan mümkün deyil”.

17:44

Yeniyetmə oğlan cüdoçulardan ibarət millimizə yeni baş məşqçi təyin olunub.

Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, bu, Rüstəm Alimlidir.

O bu postda Ramiz Ramizzadəni əvəzləyib.

Qeyd edək ki, Rüstəm Alimli cüdoçu kimi Avropa Kubokunun mükafatçısı olub.

Səbuhi Musa

17:21

Yeniyetmə cüdoçulardan ibarət millinin baş məşqçisi Ramiz Ramizzadə vəzifəsindən azad edilib.

Allsport.az saytına daxil olan məlumata görə, o, böyük ehtimalla, Göygöl Olimpiya İdman Kompleksində müxtəlif bölgələrdən olan 15-ə qədər idmançının təlim-məşq toplanışında baş verən xoşagəlməz olayda günahkar bilinib.

Həftənin əvvəlində 15 idmançıda ürəkbulanma, hərarət və qusma olduğundan onlar müayinə üçün rayon xəstəxanasına aparılıblar. Azərbaycan Cüdo Federasiyası bəyan edib ki, Göygöl Olimpiya İdman Kompleksi ilə imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının təhlükəsizliyə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edib.

Belə olan halda gənc çalışdırıcının niyə suçlu sayılması sual doğurur. Çünki yeni rəhbərlik Ramiz Ramizzadəni yanvarın 6-da çıxardığı qərarla təsdiqləmişdi. Üstəlik, toplanışa bölgənin klub idmançıları dəvət olunmuşdular və belə olduqda millinin məşqçi heyəti bu cür hadisəyə cavabdehlik daşımır. Ümumiyyətlə, məşqçi ancaq nəticəyə məsuliyyət daşıyır. Qidalanmaya komandada nəzarət edən şəxs(lər) var və olmalıdır(lar).

ACF bu barədə hələ rəsmi məlumat yaymayıb. Bu isə müxtəlif söz-söhbətə yol açır. Cüdo ictimaiyyətində belə bir fikir var ki, Ramiz Ramizzadənin yeniyetmə cüdoçuların inkişafında böyük əməyi olub. 2020-ci ildə Qazaxıstanın Almatı şəhərində yeniyetmələrin dünya birinciliyinin komanda yarışında Azərbaycan millisinin ilk dəfə ikinci yer tutması buna əyani misaldır.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top