Pərvindən Elcana kinayəli cavab: “Gərək adamın fanatı olsun”

GÜNDƏM 30.04.2022 1048

Aktrisa Pərvin Abıyeva “TikTok”dan 35 000 dollar pul qazanmasını yalan adlandıran aktyor Elcan Rəsulova cavab verib.

Yenisabah.az xəbər verir ki, verilişlərin birində qonaq olan aktrisa Elcanın fikirlərinin yanlış olduğunu qeyd edib:

“Orada bir qayda var. Hər gün “TikTok”dakı pul kisəndən 1 000 dollardan artıq pul çıxarda bilməzsən. Elcanın oradan qazanmaması isə normaldır. Orada qadınlara hədiyyələri atan kişilərdir.

Onların da çox hissəsi məşhur qadınlara fanatlıq edirlər. Adlarını canlı yayımda çəkək deyə, bizə hədiyyə atırlar. Canlı yayımda oyunlar oynayırıq. Geri dönmələr məsələsi var. Dost-tanış söhbəti var. Məcbursan onun hörmətinə qarşı sən də ona hədiyyə atasan. Hər şey qarşılıqlıdır”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top