12.04.2022-ci il tarixində Beyləqan rayonunun Dünyamalılar kənd Ə.Şirinov adına tam orta məktəbində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “ Məktəblilərin fiziki-psixoloji sağlamlığının qorunmasında valideynlərin iştirakı” layihəsi çərçivəsində yekun seminar keçirildi.
Tədbirdə layihə rəhbəri Xəlil Süleymanov, layihənin işçi qrupu, məktəbin rəhbər, müəllim və Məktəb İcma İdarəetmə Qrupunun üzvləri və valideynlər iştirak etdilər. Layihə rəhbəri Xəlil Süleymanov “Məktəb İcması” nın məktəb rəhbərliyi tərəfindən təsdiq olunmuş fəaliyyət planının layihə başa çatdıqdan sonra da valideyn, şagird və müəllimlərin birgə məktəb həyatında iştirakına şərait yaradacağını bildirdi. Məktəb rəhbərliyi tərəfindən bildirildi ki, valideynlər indi məktəb həyatında daha fəal şəkildə iştirak etməyə çalışırlar.