Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

GÜNDƏM 29.04.2022 1442

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, bununla da turnirin finalçıları müəyyənləşəcək.

Günün ilk matçında “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Köhlən atlar” səfərdəki ilk qarşılaşmada 3:1 hesablı qələbə qazanıblar.

Yarımfinalın digər oyununda “Neftçi” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. “Bakcell Arena”dakı matçda komandalar arasında ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.

Azərbaycan Kuboku

1/2 final (cavab oyunları)

29 aprel

17:30 “Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Bakı. “Azersun Arena”
İlk oyun – 3:1

20:30 “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:0

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı mayın 27-də olacaq.

XƏBƏR LENTİ
20.04.2024 2058

DİGƏR XƏBƏRLƏR

Loading
Top