Güclü yanğından sonra Sumqayıtda havanın keyfiyyət göstəriciləri AÇIQLANDI

GÜNDƏM 29.04.2022 1613

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğının atmosferə təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb”.

Bu barədə Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

O bildirib ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında daxil olan məlumatlara əsasən, təyin olunan havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1,2 dəfə, azot-2 oksid 3,7 dəfə, dəm qazı isə 1,3 dəfə normadan yüksək olub.

U.Tağıyevanın sözlərinə görə, çirkləndiricilərin yüksək qatılığı əsasən gecə saatlarında qeydə alınıb:

“Belə ki, azot-4 oksid 3,5, azot-2 oksid 9, dəm qazı 2,1 dəfə normadan yüksək olub. Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top