Nazirlikdən Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ barədə AÇIQLAMA

GÜNDƏM 28.04.2022 1386

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”yə aydınlıq gətirib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 27-də imzalanan müqavilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyəcək:

“Belə ki, bu müqavilə Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının, Azərbaycanda əmək miqrantları kimi fəaliyyət göstərən Rusiya vətəndaşlarının qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının qarşılıqlı olaraq tanınması və qorunmasına xidmət edir. 

Sənədin məqsədi Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, Rusiya vətəndaşının Azərbaycanda qazandığı sığorta stajının Rusiyada tanınmasına xidmət edir. Məsələn, Azərbaycan vətəndaşı Rusiyada işləyib və həmin ölkənin sığorta sistemində iştirak edib, orada müəyyən dövr sığorta stajı qazanıb və həmin staj burada pensiya hüququ müəyyən edilərkən nəzərə alınacaq.

Bu yanaşma həmçinin bizim ölkəmizdə yaşayan Rusiya vətəndaşına şamil olunacaq. Yəni Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, Rusiya vətəndaşının Azərbaycanda qazandığı sığorta stajının Rusiyada tanınması təmin ediləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

XƏBƏR LENTİ
17.05.2022 1338

DİGƏR XƏBƏRLƏR

Loading
Top