Zərdab Rayonunda Şuşa Mədəniyyətin Paytaxtıdır adlı tədbir keçirilib-Foto

CƏMİYYƏT 26.04.2022 1674
Saat24.az xəbər verir ki 26.04.2022- ci il tarixində Zərdab rayon Mədəniyyət Mərkəzində 2022 -ci ilin "Şuşa ili" elan olunması ilə əlaqədar Şuşa Mədəniyyət Paytaxtıdır adlı tədbir-musiqili ədəbi-bədii kompazisiya təşkil olunmuşdur.Tədbirdə Ağdaş Regional Mədəniyyət idarəsinin rəisi Səxavət Məmmədov,RİH-nin humanitar məsələlər üzrə müavini Xəyalə Veyisova, Mədəniyyət və təhsil işçiləri iştirak etmişdir. Tədbirin açılışında çıxış edən Zərdab mədəniyyət mərkəzinin direktoru Elyura Məmmədova qeyd etdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda "Şuşa ili" eyni zamanda şairə Azərbaycanın görkəmli simalarından Xurşidbanu Natəvanın 190 illiyi qeyd olunur.Bununla əlaqədar olaraq ölkəmizin hər yerində olduğu kimi tədbirlər planına uyğun olaraq Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Bu gün təqdim etdiyimiz tədbir "Qafarz incəsənət məbədi" və "Zaqafqaziyanın konservatoriyası "adlanan Şuşanın musiqi məclislərindən, Xan qızı şairə Natavanın, Molla Pənah Vaqifin qəzəllərindən ibarət hazırlanmış ədəbi bədii kompazisiyadır.E.Məmmədova çıxışında Şuşanın tarixi keçmişi və bu günü, Şuşada gedən abadlıq işlərindən, eyni zamanda 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun, qəhrəman əsgərlərimizin sücayətundən danışdı. Torpaqlarımızın eləcə də Şuşanın işğaldan azad olunmasın da qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi sonra kompazisiya tamaşaçılara təqdim edildi.

Saat24.Az Coşqun Abdullayev
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top