Deputat və başçı Goranboyda iftar süfrəsində - FOTO

CƏMİYYƏT 25.04.2022 864

Goranboy rayonunda Milli Məclisin deputatı Anar Məmmədovun və rayon İcra Hakimiyyətinin dəstəyi ilə iftar süfrəsi təşkil edildi.

Saat24.Az xəbər verir ki, iftar süfrəsində din xadimləri, şəhid ailələri, qazilər, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxsləri iştirak etdilər.

İftar mərasimində “Qurani-Kərim”dən ayələr oxundu, Ramazan ayının fəzilətləri barədə söhbət açıldı,  xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edildi. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirələri 1 dəqiqəlik sükutla anıldı, ruhlarına dualar oxundu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi  və birinci vitse-prezident  Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, imzalanan Fərman və Sərəncamlardan söz açıldı.






 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top